Astara Gömrük İdarəsində xarici ticarət iştirakçıları üçün tədbir təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 fevral tarixində verir.
Görüşdə gömrük sistemində islahatlar və yeniliklər, vətəndaş, sahibkar məmnuniyyəti, şəffaflığın təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Əlavə olaraq, Avtomatlaşdırılmış Risk Analiz Sistemi, Səlahiyyətli İqtisadi Operator layihələrinin təqdimatı keçirilib, sahibkarlar “Smart-Bot” mobil tətbiqi və Gömrük İnkişaf Modeli barədə məlumatlandırılıblar.
Sonda idxal-ixrac əməliyyatları zamanı yaranan məsələlər müzakirə edilib, sahibkarların rəy və təklifləri öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.