Astara rayon Heydər Əliyev Mərkəzində narkomaniya mövzusunda görüş təşkil olunub. Bu haqda məlumatı Cenublu.az 27 fevral tarixində verir.
“Sağlam gələcək naminə narkomaniyaya “yox” deyək” adlı tədbirdə Astara Dövlət Rəsm Qalereyası əməkdaşlarının və Astara şəhər 5 saylı, R.Mirzəyev adına Şahağacı kənd 1 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
İştirakçılara “Narkomaniyaya “yox” deyək” adlı maarifləndirici videoçarx təqdim olunub. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.
Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin və Dövlət Rəsm Qalereyasının “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirblər.