Astara rayonu ərazisində brakonyerliklə məşğul olan sakin saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 mart tarixində verir.
Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib. Nəticədə Şahağacı çayında qanunsuz balıq ovu ilə məşğul olan rayon sakini N.Əliyev tutulub. Onda sintetik torlar və qanunsuz ovlanmış müxtəlif növ balıqlar tapılıb.
Araşdırmalar davam edilir.