top
Astarada ilin yekun Aqrar İnnovasiya Festivalı keçirilib
21 dekabr 2022, 07:00
- ↺ +

Astarada ilin yekun Aqrar İnnovasiya Festivalı keçirilib

Astara rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ilin yekun Aqrar İnnovasiya Festivalı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində verir.

Tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.

Festivalda kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyalar nümayiş olunub. Müxtəlif texnika, avadanlıq və kənd təsərrüfatı bitkilərinin nümayiş olunduğu festival sərgi, startap zonalar, dəyirmi masa, təlim və məlumat sessiyalarından ibarət olmaqla təşkil olunub. Festival ərzində fermerləri maraqlandıran bir sıra prioritet məsələlər üzrə məlumat sessiyası və təlimlər keçirilib. “Sitrus meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin təşkili”, “Kökəltmə təsərrüfatlarında intensiv yemləmənin təşkili” təlimləri, eləcə də “Kənd təsərrüfatında sığortalanan bitkilər” mövzusunda keçirilən məlumat sessiyasında mütəxəssislər fermerləri maraqlandırılan sualları cavablandırıblar.

Həmçinin festivalda “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsinin ilkin nəticələrinin müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib. Dəyirmi masada elmi-tədqiqat institutlarının və aqrar sahənin müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkət rəhbərlərinin iştirakı ilə çayçılıq, subtropik meyvəçilik və çəltikçiliyin istehsalı və emalı ilə bağlı məsələlər müzakirə edilib.

Son xəbərlər

Kriminal
Bu gün, 17:35

Salyanda sevgilisini yumruqlayıb qollarını dişləyənə CƏZA

Kriminal
Bu gün, 17:05

15 yaşlı Masallı sakini Bakıda qətlə yetirildi

Cəmiyyət
Bu gün, 16:15

Lənkəranda günlərlə toplanmayan zibil: 2-ci mikrorayonda antisanitariya

Bütün xəbərlər
Bu gün, 15:30

AQTA əməkdaşlarını restorana buraxmayan sahibkar CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Bu gün, 14:55

Ötən ay 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:20

Sabah leysan yağacaq - PROQNOZ

İqtisadiyyat
Bu gün, 13:45

DSMF: Ötən ay 179 mindən çox şəxs yaşa görə sosial müavinət alıb

Cəmiyyət
Bu gün, 13:05

Şəhid olmazdan üç gün əvvəl xanımı ilə halallaşıb - Ehtiram Hüseynlinin son FOTOSU

Bütün xəbərlər
Bu gün, 12:30

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:58

Lerikli şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 11:20

Azərbaycanda Həcc üçün müraciət edənlərin sayı AÇIQLANDI

Siyasət
Bu gün, 10:40

DYP sürücülərə müraciət etdi

Cəmiyyət
Bu gün, 10:17

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı Xalq artistinin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:11

Bəzi ərazilərə yağış yağıb - Faktiki hava

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Oxşar xəbərlər