DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Elsevər Tağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
10:10
Astarada bıçaqlanma hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, insident səhər saatlarında qeydə alınıb.
Rayonun Şiyəkəran kənd sakini, 41 yaşlı Fərrux Axundov qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. F.Axundov dərhal əməliyyat blokuna alınıb.
Faktla bağlı araşdırma aparılır.