top
Astara rayonunun bu kəndində spirtli içki satılmır
18 noyabr 2022, 02:00
- ↺ +

Astara rayonunun bu kəndində spirtli içki satılmır

Astara rayonunun Təngərüd kəndində marketlərdə spirtli içki satılmır. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində Apa TV-yə istinadən verir.

Kənddə spirtli içki içənlərin sayı kifayət qədər olsa da, artıq 30 ilə yaxındır ki, market sahibləri və din adamları burada spirtli içki satılmamasına xüsusi diqqət yetirirlər.

Deyilənlərə görə, bir zamanlar Təngərüddə məscid belə olmayıb. Kənd ağsaqqalı Feyzulla Allahverdiyev 1990–ci illərdə kəndin ilk məscidini tikdirib və ərazidəki mağazaları bir-bir gəzərək spirtli içki satmamalarını xahiş edib. Həmin vaxtdan indiyə kimi nə marketlərdə, nə də toylarda spirtli içki olmur.

Feyzulla Allahverdiyevin oğlu Vahid Allahverdiyev hazırda məscidin din icma rəhbəridir. O, bildirib ki, artıq 1995-ci ildən bu günə kimi kənddə içki satılmır.

“Atam, rəhmətlik Feyzulla 2014-cü ildə dünyasını dəyişdi bu günə kimi kənd camaatı ona hörmət olaraq içki satmır”.

Feyzulla kişi dünyasını dəyişəndən sonra yenidən, kənddə spirtli içkiləri satmağa cəhd göstərənlər olub. Bunun üçün ayrıca marketlər də açıblar. Lakin din xadimləri onlarla təbliğat işləri aparıb, içkini yenidən yığışdırıblar.

Qeyd edək ki, 5 min nəfər əhalisi olan Təngərüddə yas mərasimləri illərdir ki, 7 gündən 3 günə salınıb, cümə axşamları ləğv edilib, xurafatlar aradan qaldırılıb və mollaların ölü sahiblərindən pul almaq məsələsi yığışdırılıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Kriminal
Dünən, 17:35

Salyanda sevgilisini yumruqlayıb qollarını dişləyənə CƏZA

Kriminal
Dünən, 17:05

15 yaşlı Masallı sakini Bakıda qətlə yetirildi

Cəmiyyət
Dünən, 16:15

Lənkəranda günlərlə toplanmayan zibil: 2-ci mikrorayonda antisanitariya

Bütün xəbərlər
Dünən, 15:30

AQTA əməkdaşlarını restorana buraxmayan sahibkar CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 14:55

Ötən ay 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:20

Sabah leysan yağacaq - PROQNOZ

İqtisadiyyat
Dünən, 13:45

DSMF: Ötən ay 179 mindən çox şəxs yaşa görə sosial müavinət alıb

Cəmiyyət
Dünən, 13:05

Şəhid olmazdan üç gün əvvəl xanımı ilə halallaşıb - Ehtiram Hüseynlinin son FOTOSU

Bütün xəbərlər
Dünən, 12:30

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:58

Lerikli şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 11:20

Azərbaycanda Həcc üçün müraciət edənlərin sayı AÇIQLANDI

Siyasət
Dünən, 10:40

DYP sürücülərə müraciət etdi

Cəmiyyət
Dünən, 10:17

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı Xalq artistinin ad günüdür

Bütün xəbərlər
Dünən, 09:11

Bəzi ərazilərə yağış yağıb - Faktiki hava

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
05 oktyabr 2026, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
05 oktyabr 2026, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
05 oktyabr 2026, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
05 oktyabr 2026, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
05 oktyabr 2026, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
05 oktyabr 2026, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Oxşar xəbərlər