Lökbatan qəsəbəsi ərazisində oğurluqda şübhəli bilinən Astara rayon sakini saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində verir.
Hadisə qəsəbənin Qaradağ rayonunda qeydə alınıb. Şəmkir rayon sakini Ə.Abbasovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Astara rayon sakini S.Məmmədov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.
Araşdırma aparılır.