top
Astara: müəllimlər arasında dərs saatına görə qalmaqal yaşanıb
22 sentyabr 2022, 09:00
- ↺ +

Astara: müəllimlər arasında dərs saatına görə qalmaqal yaşanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara rayon Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbinin müəllimləri arasında qalmaqal yaşanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində Lent.az-a istinadən verir.

Mübahisə Asxanakəran kənd mədəniyyət klubunun müdiri, eyni zamanda YAP-ın Asxanakəran kənd özəyinin sədri və kənd məktəbində müəllim işləyən İbrahim Həsənzadə ilə məktəbin ibtidai sinif müəllimi, şəhid Sarvan Qurbanovun qardaşı Rizvan Qurbanov arasında baş verib.

İ.Həsənzadə bildirib ki, direktor olan 5 saatdan 2-ni Rizvan Qurbanova verib. “Mən də razılıq verdim. Onun qardaşı şəhid olduğu üçün dedim ki, canımız şəhidlərə qurban. Mən ona müəllim yox, əmi demişəm. Atam da məktəbdə işləyir. Direktorun otağına gedib, məzuniyyət üçün icazə alırdım. Çünki qardaşım əməliyyat olunmalı idi. 44 günlük Vətən müharibəsində ağır zədə alıb. Mənim bu dəqiqə 25 min manat borcum var. Bir az sonra öyrəndim ki, bizi polisə verib”.

Rizvan Qurbanov isə bildirib ki, direktor onun haqqı olan dərs saatlarını İbrahim müəllimə verib. “Mən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan müəllimdən boş olan 5 saat dərsi mənə verməsini xahiş etdim. Bu barədə direktora da məlumat verdim. O da dedi ki, həmin dərs saatlarını İbrahim müəllimə verəcək. Aradan bir saat keçdi, direktor məni yenidən kabinetə dəvət etdi. Otağa girdim ki, İbrahimin atası, özü və əmisi otaqdadır. İbrahimin atası Ceyhun yaxamdan yapışıb dərsi götürməməyimi tələb etdi. Dedim ki, o saatlar şəhid qardaşı olduğum üçün mənə verilib. Onlar şəhid qardaşıma qarşı təhqiredici sözlər işlətdilər. Mən onların cəza çəkməsini istəyirəm”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev məsələdən xəbərdar olduqlarını və hal-hazırda araşdırma aparıldığını bildirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:35

Masallının yetişdirdiyi böyük səs – Baloğlan Əşrəfov

İqtisadiyyat
Bu gün, 11:00

Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

Bütün xəbərlər
Bu gün, 10:20

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

Kriminal
Bu gün, 09:44

Astara gömrük postunda külli miqdarda heroin və "metadon" həbləri aşkar edilib

Bütün xəbərlər
Bu gün, 09:00

Saatlıda yol qəzasında 5 yaşlı uşaq həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:05

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Cəmiyyət
Dünən, 17:48

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı

Bütün xəbərlər
Dünən, 17:28

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Cəmiyyət
Dünən, 16:20

19 yaşlı şəhid Musa Mustafayevin anım günüdür

Bütün xəbərlər
Dünən, 15:30

Salyanda nar bağları məhv olur: məhsul ağacda çürüyür - VİDEO

Bütün xəbərlər
Dünən, 14:50

Masallıda 5 kənd qazsız qalacaq

Cəmiyyət
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Bu həftədən ov mövsümü başlayır

İqtisadiyyat
Dünən, 12:50

Azərbaycanda məhsul yetişməmiş qiyməti razılaşdırılacaq

Cəmiyyət
Dünən, 12:08

"Nənələr" qrupunun mərhum üzvünün oğlu müharibədə öldürüldü

Kriminal
Dünən, 11:49

Biləsuvarda ölümlə nəticələnən qəza ilə bağlı yeni qərar

Bütün xəbərlər
Dünən, 11:10

FHN havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair müraciət edib

İqtisadiyyat
Dünən, 10:30

Azərbaycanda 9 ayda "e-rüsum" üzrə 53 milyon manata yaxın ödəniş olub

Bütün xəbərlər
Dünən, 09:50

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 09:17

Lənkəranlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Kriminal
06 oktyabr 2026, 17:35

Salyanda sevgilisini yumruqlayıb qollarını dişləyənə CƏZA

Kriminal
06 oktyabr 2026, 17:05

15 yaşlı Masallı sakini Bakıda qətlə yetirildi

Oxşar xəbərlər