Bu gün, 22 noyabr tarixində şəhid Nurlan Əlövsət oğlu Rəhimovun doğum günüdür.
Nurlan Rəhimov 1981-ci ildə Astara şəhərində anadan olub. 1988–1999-cu illərdə Ş. Qasımov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 30 sentyabr 2020-ci ildə Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.