Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Mahmudavar ərazisinin sakinləri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 avqust tarixində verir.
Belə ki, icra başçısı Araz Əhmədov qəbula gələnləri salamlayaraq sözü Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə verib. O isə öz növbəsində rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həll olunması vəziyyəti ilə bağlı məlumat verib.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı onların müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və vətəndaşların müraciətinə həsasslıqla yanaşaraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.