Azərbaycan Dəmir Yolları baş vermiş zəlzələdən sonra yol infrastrukturuna kompleks baxış keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 avqust tarixində verir.
23 avqust saat 01:23 radələrində Cənub rayonlarının sərhədində baş vermiş zəlzələdən sonra ADY-nin ərazidəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.
Yoxlamalara əsasən, zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.