top
5-ci sinifdə oxuyan oğlanın 7 nəfər sinif yoldaşı tərəfindən zorlandığı iddia olunur
20 sentyabr 2022, 02:00
- ↺ +

5-ci sinifdə oxuyan oğlanın 7 nəfər sinif yoldaşı tərəfindən zorlandığı iddia olunur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabad rayonunda 12 yaşlı yeniyetmə oğlanın 7 nəfər sinif yoldaşı tərəfindən zorlandığı iddia olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 sentyabr tarixində Oxu.az-a istinadən verir.

Yeniyetmənin anası hadisənin bir neçə ay öncə baş verdiyini söyləyir:

“Uşaq dərsdən evə gəldikdən sonra bədənində, qollarında və aşağı ətrafında əzilmə, göyərmə olduğunu gördüm. Səbəbini soruşdum və o dedi ki, yıxılmışam. Bu hal bu ilin aprel-may ayı ərzində mütəmadi olaraq, yeddi dəfə təkrarlanıb. Mən məsələdən daha sonra xəbər tutmuşam. Belə ki, idman dərsi zamanı yeddi sinif yoldaşı onu sürüyə-sürüyə məktəbin 2-ci mərtəbəsinə qaldırıb, soyundurub, cinsi təcavüz ediblər. Uşağım onlara müqavimət göstərsə də, yeddi nəfərə mane ola bilməyib. Hadisədən xəbərdar olan sinif rəhbəri Zahidə Şahbazova məsələ barədə tədbir görmək əvəzinə, oğluma su, saqqız verərək, hadisəni evdə valideynlərinə danışmamağı tapşırıb”.

Valideyn qeyd edib ki, məsələ barədə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edib: “Məsələ barədə təyin edilən Məhkəmə-Tibbi Ekspertizanın cavabından narazıyam. Hətta məktəb direktoru Nizami İsmayılov və direktor müavini Rəfiqə Babayeva da məsələdən xəbərdar olublar. R.Babayeva yaşadığım evə gələrək, mənə hədə-qorxu gəlib, şikayəti geri götürməyimi tələb edib, inamlı şəkildə bu işdə uduzacağımı bildirdi. Mən bu barədə Təhsil Nazirliyinin “Qaynar xətt”inə də məlumat vermişəm. Mən sadəcə məsələdə günahı olanların cəzasını almasını istəyirəm”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev açıqlamasında bildirib ki, araşdırmanın və təyin edilmiş ekspertizanın nəticəsində iddialar təsdiqini tapmayıb. Belə ki, həmin məktəbin 5-ci sinif şagirdləri arasında baş verən mübahisə zamanı bir neçə sinif yoldaşı həmin məktəblini vuraraq dərəcəsi təyin edilməyən xəsarətlər yetiriblər. Həmin yeniyetmələrin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinin tərkibinin olduğu müəyyən edilib.

“Lakin həmin yeniyetmələrin 16 yaşı tamam olmadığı üçün barələrində İXM-nin 157-ci maddəsilə tədbir görülməsi mümkün olmadığından onlarla bağlı profilaktiki yığım işinin açılması şöbənin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupuna həvalə olunub”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:10

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Bütün xəbərlər
Bu gün, 14:04

Lənkəranın bu küçəsinin sakinləri problemlər burulğanında

Bütün xəbərlər
Bu gün, 13:01

9 il itkin kimi axtarılan cəlilabadlının qatilinə HÖKM OXUNDU

Bütün xəbərlər
Bu gün, 11:35

Masallının yetişdirdiyi böyük səs – Baloğlan Əşrəfov

İqtisadiyyat
Bu gün, 11:00

Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

Bütün xəbərlər
Bu gün, 10:20

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

Kriminal
Bu gün, 09:44

Astara gömrük postunda külli miqdarda heroin və "metadon" həbləri aşkar edilib

Bütün xəbərlər
Bu gün, 09:00

Saatlıda yol qəzasında 5 yaşlı uşaq həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:05

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Cəmiyyət
Dünən, 17:48

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı

Bütün xəbərlər
Dünən, 17:28

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Cəmiyyət
Dünən, 16:20

19 yaşlı şəhid Musa Mustafayevin anım günüdür

Bütün xəbərlər
Dünən, 15:30

Salyanda nar bağları məhv olur: məhsul ağacda çürüyür - VİDEO

Bütün xəbərlər
Dünən, 14:50

Masallıda 5 kənd qazsız qalacaq

Cəmiyyət
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Bu həftədən ov mövsümü başlayır

İqtisadiyyat
Dünən, 12:50

Azərbaycanda məhsul yetişməmiş qiyməti razılaşdırılacaq

Cəmiyyət
Dünən, 12:08

"Nənələr" qrupunun mərhum üzvünün oğlu müharibədə öldürüldü

Kriminal
Dünən, 11:49

Biləsuvarda ölümlə nəticələnən qəza ilə bağlı yeni qərar

Bütün xəbərlər
Dünən, 11:10

FHN havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair müraciət edib

İqtisadiyyat
Dünən, 10:30

Azərbaycanda 9 ayda "e-rüsum" üzrə 53 milyon manata yaxın ödəniş olub

Bütün xəbərlər
Dünən, 09:50

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 09:17

Lənkəranlı şəhidimizin doğum günüdür

Oxşar xəbərlər