Masallı sakininin törətdiyi qətl hadisəsi ilə bağlı təfərrüatlar ortaya çıxıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 iyun tarixində Apa-ya istinadən verir.
Hadisə iyunun 20-si axşam radələrində baş verib. 30 yaşlı Fərid Hüseynli həyat yoldaşı, 20 yaşlı Leyla Hüseynli və 8 aylıq qızı Aliyə Hüseynliyə bıçaqla bir neçə zərbə endirib. Daha sonra o, özünə də əlindəki bıçaqla xəsarətlər yetirib. Leyla hadisə yerində keçinib. 8 aylıq Aylin isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qonşular iddia edirlər ki, sakit təbiətli Fərid hadisəni spirtli içkinin təsiri altında törədib.