SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov II Yeddioymaq ərazisində vətəndaşların səyyar görüş-qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 sentyabr tarixində Masallı RİH-ə istinadən verir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar və ziyalılar iştirak ediblər.

Masallı RİHB-nin II Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Şükürov ərazi barədə geniş məruzə ilə çıxış edib.

Qəbulda çıxış edən vətəndaşlar yaşadıqları kənddə mərkəzi yolun təmir olunmasına kömək göstərilməsi, mövcud olan qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, rabitə xətlərinin yenilənməsi, içməli su məsələsi, torpaq islahatının keyfiyyətsiz həyata keçirilməsi, habelə raybəlli torpaqlara yenidən baxılması, təhsil, məktəb tikintisi, yay şumunun vurulmasında texnika ilə kömək olunması, Masallının giriş qapısı və digər təxirəsalınmaz sosial məsələlər barədə müraciətlər ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Əksər məsələlər yerindəcə həll olunub, digərləri isə nəzarətə götürülüb.