Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri ilə görüş keçirib.
Cenublu.az məlumat verir ki, həmin görüş zalında Əkbər Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması diqqət çəkib. Məsələ burasındadır ki, sakinlərin oturduğu hissədə sobalar yoxdu.
Bu görüntülər birmənalı qarşılanmayıb.
Qeyd edək ki, görüş 8 yanvar tarixində keçirilib.