Martın 19-da gözlənilən hava proqnozu açıqlanıb.
Cenublu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5–10° isti, gündüz 15–20° isti, dağlıq ərazilərdə gecə 1–6° isti, gündüz 8–13° isti olacaq.