Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Nərimanabad qəsəbəsində vətəndaşlarla səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində Lənkəran ŞİH-yə istinadən verir.
İcra başçısı öncə Heydər Əliyev Fondu tərəfindən tikilən Nərimanabad qəsəbə tam orta məktəbinin həyətində şəhidlərin xatirəsinə inşa edilən kompleksin önünə gül dəstələri düzüb, şəhidlərimizə olan hörmət və ehtiramını ifadə edib.
Səyyar qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, əlaqədar təşkilatların və xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
Görüş zamanı sakinləri narahat edən və icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər yerində həllini tapıb, digər məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciət edilib.