Masallıda toy karvanında avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu haqda bu gün, 6 mart tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Bir neçə gün əvvəl Masallıda toy karvanında avtoxuliqanlıq edən və müxtəlif qayda pozuntularına yol verən sürücülərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən dərhal sonra Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırma nəticəsində ümumilikdə 6 nəfər barəsində inzibati qaydada tədbir görülüb.
Belə ki, həmin sürücülərdən dördü barəsində inzibati qaydada protokol tərtib edilib, ikisi barədə isə toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Aparılan müvafiq araşdırma nəticəsində sözügedən toy karvanında daha bir sürücünün, TikTok sosial şəbəkəsində məşhur olan Masallı rayon sakini Şahin Cavadovun da avtoxuliqanlıq etdiyi müəyyən edilib və həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Masallı rayon məhkəməsinin qərarı ilə həmin şəxs sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.