top
Lənkərandan olan teatr rəssamı Nüsrət Fətullayev
10 oktyabr 2023, 03:32
- +

Lənkərandan olan teatr rəssamı Nüsrət Fətullayev

Nüsrət Möhsün oğlu Fətullayev 25 sentyabr 1913-cü ildə Lənkəranda anadan olub [1,5]. O, aktrisa Hökümə Qurbanovanın (bəstəkar Müslüm Maqomayevin bacısı qızı) həyat yoldaşı və aktrisa Vəfa Fətullayevanın atası idi [3].

O, 1930-1934-cü illərdə indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb [2].

Fətullayev rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi, Aleksandr Korneyçukun “31-43” (“Eskadranın məhvi”) dramı əsasında səhnəyə qoyulmuş tamaşa ilə Azərbaycan Dövlət Dram Teatrında ilk işinə başlayıb [1,2]. Bu tamaşanın bədii tərtibatına görə, rejissor Sidqi Ruhulla onun haqqında söyləmişdir: “O, bu işi yüksək professionallıqla qurmuşdur” [3]. 1938-ci ildə Nüsrət teatrın baş rəssamı təyin olunub və ömrünün sonunadək həmin vəzifədə işləyib.

Fətullayev 1938-ci ildə Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər” komediyasına, 1940-cı ildə Musiqili Komediya Teatrında Rauf Hacıyevin “Tələbələrin kələyi”, 1943-cü ildə Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan”, 1944-cü ildə Fikrət Əmirovun “Ürəkçalanlar”, 1945-ci ildə Süleyman Ələsgərovun “Məhəbbət gülü”, 1972-ci ildə Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” operettalarına səhnə tərtibatı verib [2].

Fətullayev 4 may 1940-cı ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” və 21 iyul 1949-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb [1,2]. Ənvər Məmmədxanlının “Şərqin səhəri” tamaşasına görə, 1948-ci ildə Stalin mükafatına, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramının tərtibatı üçün isə 1972-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülüb [2].

Nüsrət Fətullayev, əsasən, realist səhnə tərtibatına üstünlük verirdi. Yaradıcılığının bir qolunu da monumental-romantik üslub təşkil edirdi. Şair Səməd Vurğun Nüsrətin sənətini yüksək qiymətləndirirdi [3].

Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub [2,6].

Ədəbiyyat:


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. Teatr. Kino. 100 illiyi. 25 sentyabr 2013.

  3. http://www.anl.az/down/meqale/525/2015/yanvar/416989.htm

  4. http://web2.anl.az:81/down/medeniyyet2008/iyun/medeniyyet2008_iyun_179.htm

  5. Энциклопедии. Словари. Справочники. Москва-1962.

  6. İlham Rəhimli. Azərbaycan teatr ensiklopediyası. III cild. Bakı-2017.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:00

Ötən il Azərbaycanda 20 ildən çox davam edən nikahlar arasında 2 500-dən çox boşanma olub

Siyasət
Dünən, 16:00

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Faydalı
Dünən, 15:00

Şənbə günü hava necə olacaq?

Siyasət
Dünən, 14:03

Arzu Əliyeva Lənkəran səfərindən paylaşım edib - VİDEO

Kriminal
Dünən, 13:00

Ötən gün narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub

Kriminal
Dünən, 12:00

5 azərbaycanlı dənizçi PUA hücumu nəticəsində həlak olub

Cəmiyyət
Dünən, 11:02

Zəfərə 1 gün qalmış şəhid olan Şuşa fatehimiz

Kriminal
Dünən, 10:01

İmişlidə kişi kirayə qaldığı evin həyətində ölü tapıldı

Bütün xəbərlər
Dünən, 09:03

Bu gün Lənkəranın bir sıra əraziləri işıqsız qalacaq

İdman
04 iyun 2026, 16:26

Masallıdan UFC-yə: Tahir Abdullayev dünyanın ən nüfuzlu döyüş təşkilatında

Bütün xəbərlər
04 iyun 2026, 15:25

Ötən ay dövlət sərhədində 5 milyon 609 min 617 manatlıq qaçaqmal tutulub

Bütün xəbərlər
04 iyun 2026, 14:31

Cəlilabadda yol qəzası: Yük maşını avtomobillə toqquşub

Bütün xəbərlər
04 iyun 2026, 13:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 iyun 2026, 12:34

Azərbaycanın ən yaşlı sakini vəfat edib

Kriminal
04 iyun 2026, 11:35

Bacısının qayınatasını aqressiv cavabına görə öldürmək istədi

Bütün xəbərlər
04 iyun 2026, 10:26

Geomaqnit qasırğası olacaq

Bütün xəbərlər
04 iyun 2026, 09:22

Həkim Vaqif Səmədov vəfat edib

Kriminal
03 iyun 2026, 17:50

15 yaşlı qızla "TikTok"da başlayan əlaqə: Cəlilabadda səs-küylü məhkəmə işi

Kriminal
03 iyun 2026, 16:51

Astarada "Şəhram"ın həyətində dava məhkəmə ilə bitdi

Bütün xəbərlər
03 iyun 2026, 15:55

Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
03 iyun 2026, 15:02

"TikTok"da qadınla canlı yayım açdı, arvadının başından vurdu

Kriminal
03 iyun 2026, 13:56

Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
03 iyun 2026, 12:59

Sabah hava necə olacaq?

Bütün xəbərlər
03 iyun 2026, 12:00

Salyanlı şəhidimizin doğum günüdür

Oxşar xəbərlər