Yardımlı Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə “Gənclər və idmançıların həmrəylik festivalı” baş tutub.
Cenublu.az xəbər verir ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü və dəstəyi, Yardımlı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Festival iştirakçıları Yardımlı Rayon Mədəniyyət Mərkəzinin, Yardımlı Rəsm Qalereyasının, Yardımlı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Yardımlı Heydər Əliyev Mərkəzinin, Yardımlı rayon Mərkəzi Kitabxana sisteminin stendlərinə baxış keçiriblər, onların hazırladıqları təqdimat stendləri ilə yaxından tanış olublar və rayon idmançılarının nümunəvi çıxışlarını izləyiblər.
Sonda il ərzində yüksək nəticə qazanan idmançılara və məşqçi müəllimlərə, eyni zamanda fəallığı ilə seçilən təşəbbüskar gənclərə Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir musiqi proqramı ilə davam edib.