Bakalavr təhsil pilləsini bitirmiş və ya hal-hazırda magistratura təhsili alan gənclərin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə təcrübə proqramı elan olunur.
Cenublu.az tələbləri təqdim edir:
- Ali təhsil; (Pedaqoji ixtisaslar üzrə təhsil arzuolunandır)
- Xarici dil bilikləri; (ingilis dili mütləqdir, rus dili biliyi arzuolunandır)
- Komanda ilə iş bacarığı;
- Yüksək ünsiyyət bacarıqları;
- Operativlik;
- Kompüter bilikləri;
- Yüksək səviyyəli təqdimat bacarığı;
- Yeniliyə və innovativliyə açıq.
İş mühiti:
- STEAM İnnovasiya Mərkəzində fəaliyyətlər;
- Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-ə hazırlıq prosesi;
- STEAM Mərkəzlərinə səfərlər;
- İnteraktiv təlimlərdə iştirak;
- Karyerayönümlü real iş mühiti.
Ödənişsiz proqramda iştirak üçün CV-ləri yanvarın 23-ü saat 12:00-a qədər [email protected] ünvanına göndərmək lazımdır.
Təcrübə proqramına 3 fevral tarixindən start veriləcək, təcrübə müddəti haqqında ətraflı məlumat müsahibə zamanı bildiriləcək.
Qeyd: Elektron-poçt ünvanına məktub göndərən zaman mövzu hissəsində "Təcrübə proqramı" qeyd etməniz mütləqdir.