Rumın turist Alla Petriçei Astaranın Sım kəndinə səyahət edərkən talış xanımların şalı ənənəvi şəkildə necə bağladıqlarını videoya çəkib.
Cenublu.az xəbər verir ki, o, talış xanımların şalı bel və başlarına bağladıqlarını bildirib.
Ziyarət etdiyi ailə ona deyib ki, belə şal bağlamaqda məqsəd qadınların reproduktiv orqanlarının soyuqdəymədən qorunmasıdır.
Turistin diqqətini maraqlı bir məqam da çəkib. Belə ki, yaşlı qadınlar şal ilə başlarını bağlayarkən saçlarını tam şəkildə örtməyə meyilli olduqları halda, gənclər başlarının ön hissəsini bir qədər açıq qoyurlar.
Alla onu da əlavə edib ki, onun Astaraya səyahət etmək planı olmayıb, lakin qonaqpərvər bir şəxs onu Astaraya dəvət edib və özü ilə aparıb.
“Bunu heç vaxt unutmayacağam!” - deyə Alla vurğulayıb.
View this post on Instagram