“Saat kimi zamanı da geri çəkmək olsa idi, gəncliyimə qayıdardım”.
Cenublu.az xəbər verir ki, bu sözləri Lənkəranda saatsazlıq edən Şahin Baxşıyev deyib.
Qırx ildir ki, saatsazlıq edən sənətkar ilkə imza atıb. Belə ki, onun düzəltdiyi saatların əqrəbləri əks istiqamətdə hərəkət edir və saatı göstərən rəqəmlər də ənənəvi saatlardakından fərqli olaraq əks istiqamətdədir.
O bildirib ki, bu işi atasından öyrənib və yaxın qohumları da saatsazdır. Onun hazırladığı əksinə çalışan saat isə yaxınlarının xahişi ilə olub. O da bəzi çarxların yerini dəyişərək dəqiqliklə geriyə işləyən saatı hazırlayıb.
Usta davamçısı kimi öz oğlunu hazırlayır.
View this post on Instagram