Bu gün Od çərşənbəsidir. Od çərşənbəsi xalq arasında “Üsgü çərşənbə”, “Addı çərşənbə”, “Xəbərçi çərşənbə” kimi də adlandırılır. Bu çərşənbənin qeyd edilməsi qədim insanların günəşə, oda olan inamından irəli gəlib.
İnanclara görə oda yaxınlaşanda gərək salam verəsən. Odun əgər gur, hərarətli yanarsa, deməli uzaqdan qonaqların gələcək. Odun daha səs-küylü yanarsa, deməli, hardasa sənin söz-söhbətini danışırlar. Bir də inanca görə, od çərşənbəsində dünyaya gələn oğlan övladları çox mərd, cüssəli və pəhləvan olarlar. Hər yerdə olduğu kimi Astarada da od çərşənbəsində yeməklər, şirniyyatlar hazırlanır, ocağın üstü boş qalmır. Od ətrafında odla bağlı yeniyetmələrə adət-ənənələr aşılanır. Tonqal ətrafında rəqs edib, şeirlər, bayatlar söyləyirlər.
Qeyd edək ki, od çərşənbəsində odun, tonqalın yandırılması həm qışın soyuğundan xilas olmaq, həm də gələcək ilin isti, bərəkətli keçməsinə işarə sayılır. Od, tonqal, atəş, günəş istiliyin mənasını daşıyır və yaz fəslinin başlanması da havaların isinməsinin əsas göstəricisidir.
Od çərşənbəniz mübarək!
View this post on Instagram