"Adil və Hudhud" animasiya serialı "Düldül Media" tərəfindən hazırlanır.
Cenublu.az xəbər verir ki, serial kiçik tamaşaçılarımıza Azərbaycan xalqının adət-ənənələrini, milli və mənəvi dəyərlərini aşılamağı hədəfləyir. Serialın məqsədi uşaqlara Adilin timsalında ailə dəyərlərini və cəmiyyətdə insanlarla düzgün davranış qaydalarını öyrətməkdir.
Animasiya serialının ssenari müəllifi, rejissoru və render üzrə mütəxəssisi Simran Ağayev, rəssamı Aqil Ağayevdir. Onlar Lerik rayonunun Vistən kənd sakinləridir.