Lerik rayonunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Cenublu.az xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Novruz bayramına həsr olunan musiqili proqramda Azərbaycan incəsənət nümayəndələrinin tanınmış üzvləri Nəzakət Teymurova, Babək Niftəliyev, Rəvanə Əmiraslanova, Təyyar Bayramov, Aysel Əlizadə, Valeh lerikli, Rüzgar lerikli Çinarə Məlikzadə və Nənələr qrupu çıxış ediblər.