TƏBİB həkim-oftalmoloq vəzifəsi üzrə vakansiya elan edib.
Lerik Rayon Mərkəzi Xəstəxanasında mövcud olan vakant vəzifə üzrə əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına uyğun olaraq tənzimləndiyi bildirilib.
Cenublu.az vəzifə öhdəliklərini təqdim edir:
- Həkim-oftalmoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir;
- Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir;
- Mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır;
- Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir;
- Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir;
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır;
- Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir;
- Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir;
- Etik davranış qaydalarına riayət edir.
İş qrafiki - 6 günlük (Tam ştat).
Son müraciət tarixi : 25.12.2024
Vakansiya üzrə müraciət üçün bu linkə daxil ola bilərsiniz: Müraciət