top
Lənkəranlı kardioloq: “Azərbaycanda ürək-damar xəstəlikləri cavanlaşır” – ÖZƏL MÜSAHİBƏ
27 fevral 2025, 05:07
- +

Lənkəranlı kardioloq: “Azərbaycanda ürək-damar xəstəlikləri cavanlaşır” – ÖZƏL MÜSAHİBƏ

Cenublu.az-ın bugünkü müsahibi həkim-kardioloq Mirzə Baxşıyevdir.

Müsahibəni təqdim edirik:

- Mirzə bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 2002-ci ildə Lənkəran rayon Girdəni kənd məktəbini bitirmişəm və Azərbaycan Tibb Universitetinə Müalicə İşi fakültəsinə qəbul olmuşam. 2008- ci ildə həmin fakültəni bitirdim. 2008-2009-cu illərdə Kardiologiya üzrə internatura kursu keçmişəm. 2009-2010 illərdə hərbi xidmətdə olmuşam. 2010-cu ildən Lənkəran Mərkəzi Rayon Xəstəxanasında həkim-kardioloq kimi fəaliyyət göstərirəm. Bir çox yerli və xarici konfransların iştirakçısıyam. Eyni zamanda Azərbaycan və Avropa kardiologiya cəmiyyətinin üzvüyəm.

- Kardioloq olmaq qərarını necə verdiniz?

- Kardioloq olmaq qərarını elə tələbəlik illərində qərar vermişəm.

- Kardiologiyada ən çox rastlaşdığınız xəstəliklər hansılardır?

- Ürəyin işemik xəstəliyi kardiologiyada ən geniş yayılmış xəstəlikdir.

- Bütün dünyada olduğu kimi Azərbaycanda da bu gün ürək-damar xəstəliklərinin digər xəstəliklərlə müqayisədə daha çox yayıldığı deyilir. Siz mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə son illər dünyada və Azərbaycanda ürək-damar xəstəlikləri sürətlə artmaqdadır. Hazırda dünyada və Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm halları birinci yerdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ürək xəstəlikləri dünyada ölümün 31%-ni təşkil edir. Bu çox böyük rəqəmdir. Azərbaycanda da vəziyyət heç ürəkaçan deyil, il ərzində ölümlərin haradasa 60%-ə yaxınını ürək xəstəlikləri təşkil edir.

- Azərbaycanda ürək-damar sistemi xəstəliklərinin yaranmasında daha çox hansı faktorlar üstünlüyə malikdir?

- Dünyada və Azərbaycanda ürək-damar xəstəliklərinin yayılmasının əsas səbəbləri həyat tərzi, qidalanma, tütün çəkmə, fiziki aktivliyin az olması və psixi emosional amillərlə əlaqədardır.

- Xəstəliklərin yayılmasında genetik amilin rolu nə dərəcədədir?

- Ürək-damar xəstəliklərinin yayılmasında genetik amillər ən əsas və vacib yerlərdən birini tutur və çox təəssüflər olsun ki, dəyişdirilə bilməyən risk amillərinə aiddir.

- Azərbaycanda ürək-damar xəstəliklərinin cavanlaşması da müşahidə olunur. Bunun əsas səbəbləri nədir?

- Azərbaycanda da, dünyada da ürək damar xəstəlikləri ildən-ilə cavanlaşır. Bunun da əsas səbəbi yenə ətraf mühit, psixi emosional amillər, məişət-ailə problemləri, zərərli vərdişlər və s.

- Bu sahə üzrə əsas problem kadrların hazırlanması ilə bağlıdır. Bu gün mövcud vəziyyət necədir? Yeni açılan tibb müəssisələrində müasir avadanlıqlarla işləməyi bacaran ixtisaslı kadrlar varmı?

- Hazırda bu sahədə Azərbaycanda çox böyük işlər görülür. Əvvəllər kadrların hazırlanması üçün mütləq şəkildə xaricə üz tutmalı olurduq, amma bu gün Azərbaycanda çox savadlı, işinin peşəkarı və bacarıqlı mütəxəssislər var. Onlar da yeni kadrların hazırlanmasında çox böyük işlər görürlər.

- Ürək-damar xəstəlikləri ilə bağlı uşaqlar arasında vəziyyət necədir?

- Uşaqlar arasında daha çox anadangəlmə ürək problemlərinə rast gəlinir.

- Cənub bölgəsində çalışırsınız. Bu sahənin nə kimi problemləri var?

- Müalicə əsasən xəstənin həyat tərzini dəyişmək, zərərli vərdişləri varsa, çəkindirmək və təbii ki, dərman müalicəsidir.

- İnsanların ürək xəstəliklərindən qorunmaq üçün tətbiq etməli olduğu sadə addımlar nədir?

- Gündəlik fiziki aktivliyə nəzarət olunmalıdır. Zərərli vərdişlərdən çəkinmək, qidalanmaya diqqət və ən xırda narahatçılıq hiss etdikdə dərhal həkimə müraciət olunmalıdır.

- Kardiologiyada hansı yeni araşdırmalar və inkişaflar gözlənilir?

- Tibbin digər sahələrinə baxanda, kardiologiya dünyada və Azərbaycanda ən inkişaf etmiş sahədir. Bunu əminliklə deyə bilərəm və ildən ilə kardiologiya sahəsində olan çalışmaların həcmi daha da artır. Bu da bizə gələcəyə daha nikbin baxmağa əsas verir.

- Gələcəkdə ürək xəstəliklərinin daha yaxşı müalicəsi üçün hansı irəliləyişlərə ümid edirsiniz?

-- Gələcəkdə ürək-damar xəstəliklərinin vaxtında diaqnozunun qoyulması və müalicəsi üçün böyük işlər görülür. Artıq yaxın gələcəkdə rəqəmsal kardiologiyanın tətbiqi istiqamətində çalışmalar gedir.

Nəzrin Vahid 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:38

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib

İqtisadiyyat
Bu gün, 17:11

Balıq ovu üçün kvota təsdiqləndi

Bütün xəbərlər
Bu gün, 16:22

Cənubda 911 şagird orta məktəbdə peşə təhsili alır

Bütün xəbərlər
Bu gün, 15:37

Polis Akademiyasında çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Məişət
Bu gün, 13:35

İmişlidə çörək emalı müəssisəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:06

Masallıda narkotiklərin satışını təşkil edən şəxslər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:45

Cəlilabadlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 05:44

Salyanda iki kəndin qəzalı məktəbləri ilə bağlı qərar verildi

Bütün xəbərlər
Dünən, 04:58

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat

Bütün xəbərlər
Dünən, 04:07

Sabirabadlı iş adamı vəfat etdi

Bütün xəbərlər
Dünən, 03:04

Sabahın hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 02:00

Zəfər savaşına könüllü qatılan cəlilabadlı şəhidimiz

Bütün xəbərlər
Dünən, 01:00

Lənkəranda boşanmaq istəyən arvadını öldürənə HÖKM

Bütün xəbərlər
14 yanvar 2026, 23:55

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
14 yanvar 2026, 23:05

Lənkəranda qardaş qardaşı bıçaqlayıb

Bütün xəbərlər
14 yanvar 2026, 22:16

Lənkəranın kəndində yaşayış evi yanıb

Bütün xəbərlər
14 yanvar 2026, 06:19

Keçən il Azərbaycanda 50 minə yaxın şəxsi heyvan dişləyib

Bütün xəbərlər
14 yanvar 2026, 05:16

İmişli heyvan bazarının fəaliyyətinə icazə verilib

Bütün xəbərlər
14 yanvar 2026, 04:31

Cəlilabadda yanğın olub

Yollarda vəziyyət
14 yanvar 2026, 03:26

Təzə yenilənən yol, köhnə problem

Bütün xəbərlər
14 yanvar 2026, 01:51

Sabah hava yağıntılı olacaq

Bütün xəbərlər
14 yanvar 2026, 00:45

Biləsuvarlı partiya üzvləri ofisiantı döydülər - TƏFƏRRÜAT

Bütün xəbərlər
13 yanvar 2026, 23:23

Magistraturaya sənəd qəbulu elan edilib

Bütün xəbərlər
13 yanvar 2026, 22:40

Bu gün şəhid Kamran Fərəcovun doğum günüdür

Oxşar xəbərlər