Lənkərandan olan Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu “Zaurla Günaydın” verilişində şəxsi həyatından danışıb.
Cenublu.az xəbər verir ki, proqramın aparıcısı Zaur Baxşəliyevin “Hər şeyi elədiniz amma bir dənə onu edə bilmədiniz, bacarmadınız?” deyə Allaverdiyevaya sual ünvanlayıb.
Ruhəngizin cavabı isə belə olub:
“İnanmıram ki, mənim kimi Azərbaycanda həyat yoldaşına bu dərəcədə qulluq edən xanım olsun. Bəlkə də var belə xanımlar, amma onların sayı çox azdır. Mən tam xoşbəxtliyə layiq bir xanım idim. Amma xoşbəxt ola bilmədim. Belə də... Bəlkə də bunun səbəbi kənardan mənə olunan paxıllıqlar və müdaxilələr idi. Durub hər gün nəyəsə görə ağlayası da deyiləm”.