Gənclər Günü münasibətilə gənclərin iştirakı ilə “İntellekt Klub” təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, “İntellekt Klub” Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Cənub Könüllüləri qrupunun təşəbbüsü ilə fəaliyyət göstərəcək. Klub daxilində bilik yarışmalarının 2025-ci ilin sonunadək keçirilməsi nəzərdə tutulur.
Klubun ilk oyunu yanvarın 27-də, saat 14:00-da Lənkəran Gənclər evində baş tutacaq.
Yarışda iştirak etmək üçün 6 nəfərdən ibarət komandanı toplayaraq qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat üçün link: https://docs.google.com/.../14VppTwDDtoJdcZBIxqqUYIl.../edit
İlk oyun üçün son müraciət tarixi: yanvarın 25-i, saat 12:00-dək.
Qeydiyyat üçün yaş həddi: 14-29 yaş.
“İntellekt Klub”a Cənub Könüllüləri qrupunun fəal üzvü Əli Qədirli rəhbərlik edir.