Lənkəran şəhər Mədəniyyət Mərkəzində "Novruz gəlir - yaz gəlir" adlı teatrlaşdırılmış konsert proqramı təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, tədbir martın 14-də saat 11:00-da baş tutacaq.
Konsert proqramı Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.