Lənkəranda milli mədəniyyəti təbliğ etmək, yeni istedadları üzə çıxarmaq, xüsusi bacarığa malik olan məktəbli və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə “Teatrımızın dostları” layihəsinin qeydiyyatına start verilib.
Cenublu.az xəbər verir ki, Müsabiqədə Lənkəranda yaşayan aşağıdakı şəxslər iştirak edə bilər:
- Lənkəran rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, kolleclərin, şagirdləri və tələbələri;
- 11-25 yaş arası istedadlı iki yaş qrupunda (11-17 yaş və 18-25 yaş) yeniyetmə və gənclər;
- Festival-müsabiqədə incəsənətin dram, mahnı, rəqs janr və növləri üzrə fəaliyyət göstərən kollektivlər, dərnək və studiyalar, solo ifaçılar, rəqqaslar, həvəskar aktyorlar, istedadlı yeniyetmə və gənclər.
“Teatrımızın dostları” layihəsi 3 turdan ibarətdir:
- 1-ci tur (məktəb turu) məktəb mərhələsində keçiriləcək və 1-ci yerlərin qalibləri II mərhələdə iştirak etmək hüququ qazanacaqlar;
- 2-ci tur (şəhər turu) 15 fevral tarixində Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək;
- 3-cü tur (final turu) 10 mart tarixində Lənkəran Dövlət Dram Teatrında keçiriləcək
Layihə GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi, Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək.
Layihədə iştirak etmək üçün qeydiyyat linkindən və ya Lənkəran Heydər Əliyev Mərkəzində yerləşən ofisinə yaxınlaşaraq qeydiyyatdan keçmək lazımdır.
Son qeydiyyat tarixi: 31.01.2024