Lənkəran şəhəri, Lənkəran-Astara Regional Məşğulluq filialının inzibati binasında Əmək Yarmarkası təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, yarmarka Lənkəran-Astara Regional Məşğulluq filalının təşkilatçlığı ilə fevralın 20-si saat 10:00-da keçiriləcək.
Tədbirdə Lənkəran-Astara İqtisadi rayonu üzrə 1 müəssisə tərəfindən 20 vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.
Vakansiyaların siyahısı:
Aşpaz;
Ofisiant;
Qeydiyyatçı;
Xadimə;
Mühafizəçi.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar və iş öhdəlikləri haqqında daha ətraflı məlumat əmək yarmarkasında iştirak edən şəxslərə təqdim olunacaq.
Ünvan: Lənkəran şəhəri, H.Z.Tağıyev küç., ev 118.