XIX əsrdə Lənkəranın şərqində yerləşən Sara yarımadasında kiçik rus kilsəsi var idi. Məbəd tacir Kekin tərəfindən inşa edilib.
Kilsə gil və qamışdan istifadə edilərək tikilib. Məbədin damı dəmir təbəqə ilə örtülüb.
А.Yunitskinin Bakı quberniyasındakı kilsələr haqqında kitabında bu məbəd barədə qeyd edilib: “Binanın görünüşü unudulmuş kazarmanı xatırladır… Daxili dekorasiya və rəngləmə son dərəcə depressiv təəssürat yaradır… Bütün kilsə tez bir zamanda bərpa olunmasını tələb edir…”. Həmçinin kitabda yazılıb ki, kilsənin bərpası üçün 1900 rubl məbləğində pul ayrılmasına baxmayaraq, məbəddə yenidənqurma işləri aparılmayıb.
Kilsədə xristian bayramlarında, bundan əlavə, ildə yalnız 2-3 dəfə xidmət keçirilirdi. Məbədə gələnlərin əksəriyyəti yerli məmurlar və rus əsgərləri idi.
Sonralar Sara yarımadasındakı rus kilsəsi dağılıb.