top
Lənkəranda çalışan həkim-endokrinoloq: “Əksər xəstəliklərdə genetik meyil gündəmdədir” - ÖZƏL MÜSAHİBƏ
24 fevral 2025, 05:06
- +

Lənkəranda çalışan həkim-endokrinoloq: “Əksər xəstəliklərdə genetik meyil gündəmdədir” - ÖZƏL MÜSAHİBƏ

Cenublu.az-ın bugünkü müsahibi həkim-endokrinoloq Xəyal Əliyevdir.

Müsahibəni təqdim edirik:

- Xəyal bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1980-ci ildə İrəvan şəhərində anadan olmuşam. 1988-ci ildə Bakıya gəlmişəm. Orta məktəbi 1997-ci ildə bitirdim. Elə həmin ildə də universitetə qəbul olmuşam. 2004-cü ildə universiteti bitirmişəm. 2018-ci ildən bu günə qədər Lənkəranda Mərkəzi Xəstəxanada terapiya şöbəsində həkim-endokrinoloq kimi çalışıram.

- Endokrinoloq olmağa necə qərar verdiniz?

- Bu sahə mənə maraqlı gəlirdi. Kardioloqlar, cərrahlar, terapevtlər çoxdur. Lakin bu sahədə həkim sayı çox azdır. Ona görə bu sahəni seçdim.

- Endokrinologiyanın müalicə metodları haqqında nə deyə bilərsiniz?

- Müayinə metodları haqqında konkret olaraq nə isə demək çox çətindir. Hər xəstəliyə uyğun özünün müayinə metodları var. Müayinə və müalicə metodları fərqlidir. Bu dəqiqə qarşımızda dayanan ən böyük problem şəkərli diabetdir. Bu xəstəliyin müalicəsində, açığı, çox çətinlik çəkirik. Maksimum dərəcədə çalışırıq ki, əlimizdə olan imkanlardan istifadə edək. Xəstələrin vəziyyətlərini yüngülləşdirək. Metodlar içərisində birinci növbədə pəhriz dayanır. Buna əməl edən xəstəni müalicə etmək çox rahatdır.

- Müalicə zamanı hansı texnikalardan istifadə edirsiniz? Hər hansı bir xüsusi metodunuz varmı?

- Biz hər bir xəstə ilə protokollar üzərində işləyirik. Amma birinci növbədə xəstələrə psixoloji təsirimdir. Xəstə həkimə inanmalıdır. Xəstə həkimə inananda dərmanları vaxtı-vaxtında qəbul edir. Ümumiyyətlə heç bir qida qəbul etmədən də şəkərin qalxması olur. Sinir sistemindən istifadə etməklə şəkərin normada saxlanılmasını bacarmalıyıq.

Xəstələrə psixoloji təsir əsasdır. Ola bilər ki, xəstəyə heç bir dərman vermədən müalicə edim. Şəkərin qalxmağı sinir sistemi ilə əlaqəlidir.

- Cənub bölgəsində çalışırsınız. Bu sahənin nə kimi problemləri var?

- Lənkəranda da müəyyən problemlər var. Yaxşı müalicə üçün yaxşı müayinə lazımdır. Xəstələr mənə şikayət edir ki, testlərim yoxdur. Onu da gec-gec alırlar. Əlbəttə, şəkərin nə qədər olduğunu bilmədən necə müalicə etmək olar?
Qalxanabənzər vəzi ilə əlaqədar bəzi müayinə metodları bizdə olmadığına görə, onları göndəriş ilə Endokrinoloji mərkəzə göndəririk. Şəkər ilə bağlı demək olar ki, problem budur.

- Son zamanlar hansı endikrinoloji problemlər yayılıb?

- Son zamanlar yox, elə ümumiyyətlə ən çox yayılan xəstəlik şəkərdir. Hətta bizim professorlar müəyyən mühazirələrə gedib qulaq asanda Birinci və İkinci Dünya müharibəsində ölənlərin sayı ilə bu xəstəliyin qurbanlarını müqayisə edirdi. Deyirdilər ki, artmaqda davam edir.

Təbii ki, xəstəlik artanda ölümlərin sayı da artır. Hazırda qadınlar arasında daha çox Haşimoto geniş yayılıb. Bir müddət simptomsuz inkişaf etdiyinə görə, bilmirlər. Təsadüfən aşkarlanır. Elə olur ki, aşkarlanmır. Xəstə ağırlaşmalardan sonra gəlir. O zaman müalicələrə başlanılır. Müəyyən gecikmələr olur. Bu da müəyyən orqanların funksiyalarında pozulmalara gətirib çıxara bilər.

- Hormon balansının pozulması bədənə necə təsir edir?

- Çox təsir edir. Müəyyən xəstəliklər var ki, hormonal balans pozulanda baş qaldırır. Arterial təzyiqin davamlı yuxarı olması, karbohidrat mübadiləsinin, insulinin qalxması şəkərli diabet riskini artırır. Müəyyən vaxt intervalında qanda xolesterin və şəkərin yoxlanması lazımdır. İnsulinin özü vaxtaşırı yoxlanılsa, daha yaxşı olar.

- Diabet xəstələrinə hansı müalicə yanaşmalarını tətbiq edirsiniz?

- Birinci növbədə pəhrizdir, ikinci növbədə isə protokollara əsasən dərman preparatlarıdır. Hamiləlik zamanı, müəyyən cərrahi əməliyyat keçirib və yaxud keçirməyə hazırlaşanlarda isə insulin terapiyası aparılır.

- Hormonal pozğunluqların uzunmüddətli təsirləri nə ola bilər?

- Arterial təzyiqin olmasına, kəskin qan dövranı pozulmasına, son nəticədə insulta gətirib çıxara bilər. Karbohidrat mübadiləsinin pozulması şəkərli diabetin ikinci tipinə səbəb olur. Qalxanabənzər vəzinin hormonal pozulması bir çox xəstəliklərlə özünü büruzə verə bilər.

- Xəstələrə hansı tövsiyələriniz olur?

- Təmiz havada və ya dəniz kənarında gəzinti mütləqdir. Ən başlıca da düzgün qidalanmadır. Daha sonra isə tibbi müalicə.

- Sizcə, endokrin xəstəliklərin genetik meylləri nə qədər güclüdür?

- Bütün endokrin xəstəliklər genetikdir. Biz onsuz da xəstədən analiz toplayanda birinci soruşduğumuz odur. Şəkər ata, ana və yaxud da yaxın qohumda varsa, aşkarlanır. Qalxanabənzər vəzi xəstəlikləri də elədir. Haşimotoda da analizdə nəzərə alırıq. Demək olar ki, əksəriyyətinin genetik meyli sübuta yetirilir. Əksər xəstəliklərdə genetik meyil gündəmdədir.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:38

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib

İqtisadiyyat
Bu gün, 17:11

Balıq ovu üçün kvota təsdiqləndi

Bütün xəbərlər
Bu gün, 16:22

Cənubda 911 şagird orta məktəbdə peşə təhsili alır

Bütün xəbərlər
Bu gün, 15:37

Polis Akademiyasında çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Məişət
Bu gün, 13:35

İmişlidə çörək emalı müəssisəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:06

Masallıda narkotiklərin satışını təşkil edən şəxslər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:45

Cəlilabadlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 05:44

Salyanda iki kəndin qəzalı məktəbləri ilə bağlı qərar verildi

Bütün xəbərlər
Dünən, 04:58

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat

Bütün xəbərlər
Dünən, 04:07

Sabirabadlı iş adamı vəfat etdi

Bütün xəbərlər
Dünən, 03:04

Sabahın hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 02:00

Zəfər savaşına könüllü qatılan cəlilabadlı şəhidimiz

Bütün xəbərlər
Dünən, 01:00

Lənkəranda boşanmaq istəyən arvadını öldürənə HÖKM

Bütün xəbərlər
14 yanvar 2026, 23:55

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
14 yanvar 2026, 23:05

Lənkəranda qardaş qardaşı bıçaqlayıb

Bütün xəbərlər
14 yanvar 2026, 22:16

Lənkəranın kəndində yaşayış evi yanıb

Bütün xəbərlər
14 yanvar 2026, 06:19

Keçən il Azərbaycanda 50 minə yaxın şəxsi heyvan dişləyib

Bütün xəbərlər
14 yanvar 2026, 05:16

İmişli heyvan bazarının fəaliyyətinə icazə verilib

Bütün xəbərlər
14 yanvar 2026, 04:31

Cəlilabadda yanğın olub

Yollarda vəziyyət
14 yanvar 2026, 03:26

Təzə yenilənən yol, köhnə problem

Bütün xəbərlər
14 yanvar 2026, 01:51

Sabah hava yağıntılı olacaq

Bütün xəbərlər
14 yanvar 2026, 00:45

Biləsuvarlı partiya üzvləri ofisiantı döydülər - TƏFƏRRÜAT

Bütün xəbərlər
13 yanvar 2026, 23:23

Magistraturaya sənəd qəbulu elan edilib

Bütün xəbərlər
13 yanvar 2026, 22:40

Bu gün şəhid Kamran Fərəcovun doğum günüdür

Oxşar xəbərlər