Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçılığı ilə Lənkəran şəhərində Əmək Yarmarkası keçiriləcək.
Cenublu.az xəbər verir ki, tədbir martın 13-ü saat 10:00-da baş tutacaq. Burada 12 vakansiya təqdim olunacaq.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Ünvan: Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 118.