Lənkəranda gənclər üçün yarmarka keçiriləcək.
Cenublu.az Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir ki, “Meydan gənclərindir” adlı sərgi-satış yarmarkası baş tutacaq.
Gənclər Günündə - fevralın 2-də keçiriləcək yarmarka istedadlı və bacarıqlı gənclərin öz əl işlərini nümayiş etdirməsi məqsədi ilə təşkil edilir.
Öz əl işlərini sərgiləmək istəyənlər 077 321 42 21 telefon nömrəsi ilə əlaqə saxlamalıdırlar.
Sərgi saat 12:00-da “Dosa Mall”da başlayacaq.