Qızılağac və Hirkan Milli parklarında tədbirlər baş tutacaq.
Bu barədə məlumatı Cenublu.az Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Qızılağac Milli Parkı 2-5 yanvar tarixlərində göldə qayıq gəzintisi və su-bataqlıq quşlarının müşahidəsi təşkil ediləcək.
Əlaqə üçün: (050) 632 5282 (Aqil Sucayev).
Hirkan Milli Parkında 3 yanvar tarixində cənub bölgəsinə xas çay məhsullarının sərgisi və çay plantasiyası ilə tanışlıq turu, 4 yanvar tarixində isə sitrus meyvələrinin sərgisi və sitrus bağlarına infotur keçiriləcək.
Əlaqə üçün: (050) 289 5851 (Vüsal Həsənov) / (051) 551 3618 (Elvin Mirizadə).