Cəlilabad şəhərində əmək yarmarkası təşkil olunacaq.
Cenublu.az Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir ki, yarmarka yanvarın 31-i saat 11:00-da Cəlilabad şəhəri, Səttərxan küçəsi 57 ünvanında 3 saylı tam orta məktəbdə Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçiriləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.