Biləsuvar rayonunda əmək yarmarkası təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, yarmarka martın 6-sı saat 10:00-dan 15:00-dək Şirvan-Salyan RMF-nin Biləsuvar rayon xidmət şöbəsində keçiriləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Ünvan: Biləsuvar rayonu, Heydər Əliyev prospekti 29.