top
Daxili Qoşunların yaranmasından 34 il ötür
12 mart 2026, 09:18
- +

Daxili Qoşunların yaranmasından 34 il ötür

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının martın 12-də yaranmasından 34 il ötür.

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

Həmin vaxtdan Azərbaycan Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmasına başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları artıq 34 ildir ki, xalqımıza və dövlətimizə sədaqətlə xidmət edir. Bu illər ərzində şəxsi heyət üzərinə düşən vəzifələri məsuliyyət, intizam və peşəkarlıqla yerinə yetirərək ictimai asayişin və sabitliyin qorunmasına mühüm töhfələr verib.

Yarandığı gündən etibarən Daxili Qoşunlar ölkəmizin sabitliyi və vətəndaşların rifahı naminə əzmkarlıq nümayiş etdirib. Qoşunlara göstərilən diqqət və qayğı nəticəsində onun inkişaf və yüksəliş yolunun möhkəm təməli qoyulub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Daxili Qoşunlar müasir maddi-texniki baza və yüksək döyüş hazırlığına malik çevik hərbi quruma çevrilib.

Ulu Öndərin 1995-ci il 9 mart tarixli Fərmanına əsasən 12 mart – Daxili Qoşunlar Günü kimi təsis edilib. Bu tarix Daxili Qoşunların şərəfli xidmət yoluna verilən yüksək qiymətin və Qoşunlara olan etimadının ifadəsidir. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərə ilk dəfə 1992-ci ilin mart ayının 12-də başlayıb. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın od-alovlu səngərlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz izlər buraxıb.

Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlər zamanı Dахili Qоşunlаrın şəхsi hеyətindən 682 nəfər şəhid оlub, 4 nəfər itkin düşüb və 1179 nəfər isə yаrаlаnıb. Daxili Qoşunların 9 nəfər hərbi qulluqçusu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra isə uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların zərərsizləşdirilməsinə, kütləvi tədbirlər zamanı asayişin qorunmasına yönəlib. Qabaqcıl təcrübə öyrənilərək xarici ölkələrin müvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri genişləndirilib, şəxsi heyətin peşə hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, müasir dövrün çağırış və təhdidlərinə uyğun islahatlar aparılıb. Daxili Qoşunların tərkibində Hərbi İnstitut, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılıb.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində Daxili Qoşunların fəaliyyəti daha da təkmilləşdirilib, döyüş qabiliyyəti möhkəmləndirilib, infrastruktur yenilənib. Müasir silah və texnika ilə təchizat gücləndirilib, şəxsi heyətin xidmət və məişət şəraiti, eləcə də sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Bu illər ərzində hərbi qulluqçuların təlim və məşğələlərdə yüksək döyüş hazırlığına yiyələnməsi, qazanılan hərtərəfli təcrübə torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs missiyanın yerinə yetirilməsində mühüm rol oynayıb.

44 günlük Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq erməni işğalçıları üzərində Böyük Qələbənin qazanılmasına layiqli töhfələr veriblər. Düşmənə qarşı igidliklə vuruşaraq torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetiriblər. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb. Xüsusi xidmətlərinə və göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusuna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

2023-cü il sentyabrın 19–20-də Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulan vəzifələr qısa müddətdə və dəqiqliklə icra olunub.

Daxili Qoşunların şəxsi heyəti tapşırıqları yüksək peşəkarlıq, dəqiq koordinasiya və qətiyyətlə icra edərək üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Məhz illər boyu formalaşmış döyüş hazırlığı, intizam və əməliyyat təcrübəsi bu tədbirlərin qısa müddətdə və effektiv şəkildə başa çatdırılmasını təmin edib. Nəticədə bölgədə separatizmə son qoyulub.

Antiterror tədbirləri zamanı igidlik və şücaət göstərən Daxili Qoşunların 12 hərbi qulluqçusu şəhid olub, 24 nəfər isə yaralanaraq müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu gün də hərbi qulluqçularımız Qarabağ və Şərqi Zəngəzurda polis əməkdaşları ilə birgə xidməti tapşırıqların öhdəsindən bacarıqla gəlir, Böyük Qayıdış proqramının sürətlənməsi üçün əzmlə çalışaraq üzərlərinə düşən vəzifələri tam həcmdə yerinə yetirirlər.

34 il ərzində formalaşan zəngin xidmət təcrübəsi, möhkəm nizam-intizam, yüksək döyüş hazırlığı və vətənə sarsılmaz bağlılıq bu gün də Daxili Qoşunların fəaliyyətinin əsas dayağını təşkil edir. Bu illər ərzində qazanılmış əməliyyat təcrübəsi və institusional inkişaf şəxsi heyətin peşəkar potensialını gücləndirib, qarşıya çıxan çağırışlara çevik və adekvat reaksiya vermək imkanlarını artırıb.

Daim təkmilləşən hazırlıq sistemi, müasir yanaşmaların tətbiqi və peşəkar kadr potensialı Daxili Qoşunların dayanıqlı inkişafını təmin edən başlıca amillərdəndir. Çətin və məsuliyyətli şəraitdə xidmət aparan hərbi qulluqçular dövlətə sədaqət, xalqa xidmət prinsiplərinə sadiq qalaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, daxili sabitliyin sadiq keşikçisi olub və bundan sonra da dövlətə və xalqa sədaqət prinsiplərinə sadiq qalaraq, üzərinə düşən vəzifələri eyni məsuliyyət, peşəkarlıq və qətiyyətlə yerinə yetirəcək, ölkəmizin sabitliyinə və ictimai asayişin qorunmasına etibarlı töhfə verməyə davam edəcək.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 18:17

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 17:41

Lənkəranda məktəb və bağça yolunu küçə itləri zəbt edib

İqtisadiyyat
19 sentyabr 2026, 17:00

Azərbaycanda ayaqqabı istehsalı artıb

İdman
19 sentyabr 2026, 16:15

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

Kriminal
19 sentyabr 2026, 15:30

Polis 40 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Kriminal
19 sentyabr 2026, 14:50

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

Bütün xəbərlər
19 sentyabr 2026, 14:10

İgid şəhidimizin doğum günüdür

Kriminal
19 sentyabr 2026, 13:34

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Bütün xəbərlər
19 sentyabr 2026, 13:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
19 sentyabr 2026, 12:12

Şəhid Famil Ağaşovun doğum günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 11:26

Bir sutkada qazanılan tarixi Zəfər

Kriminal
19 sentyabr 2026, 10:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub

Kriminal
19 sentyabr 2026, 10:05

Arvadı ilə söhbət edən qohumunu döydü

İqtisadiyyat
19 sentyabr 2026, 09:26

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

Bütün xəbərlər
19 sentyabr 2026, 00:01

Lokal antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 17:10

Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
18 sentyabr 2026, 16:30

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Bütün xəbərlər
18 sentyabr 2026, 15:55

Salyanda motosiklet piyadanı vuraraq öldürüb

Kriminal
18 sentyabr 2026, 15:20

Sabirabadda arvadını yumruqlayan kişi məhkəmədə peşman oldu

Bütün xəbərlər
18 sentyabr 2026, 14:30

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
18 sentyabr 2026, 13:40

Cəlilabadda yol kənarı zibil poliqonuna çevrilib - VİDEO

Bütün xəbərlər
18 sentyabr 2026, 12:50

Sabah hava necə olacaq?

Kriminal
18 sentyabr 2026, 12:10

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Oxşar xəbərlər