top
Prokurorluq orqanlarında işləmək arzusunda olan şəxslər üçün müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
Bu gün, 11:16
- ↺ +

Prokurorluq orqanlarında işləmək arzusunda olan şəxslər üçün müsabiqənin yazılı imtahan mərhələsi keçirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 23-də prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti - 28-ci müsabiqənin yazılı imtahan mərhələsi təşkil olunub.

 Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib. İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edirlər.

Hazırkı müsabiqənin yazılı imtahan mərhələsinə qatılmış 133 namizəd (o cümlədən 47 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.

Baş Prokurorluğun "İşin Təşkili Qaydaları"na müvafiq olaraq yazılı imtahan işləri "ikiqat yoxlama" üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr media vasitəsi ilə ictimailəşdiriləcək, eyni zamanda, bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat yerləşdiriləcək.

Əlavə suallarla bağlı (012) 361-00-80, (012) 437-28-56, (012) 361-00-77, (012) 361-00-78, (012) 361-00-79 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Eyni zamanda, bildirilib ki, 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş ali hüquq təhsilli mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 97 faizini təşkil etməklə, onların böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilib və hazırda bir hissəsi rəhbər vəzifələrdə çalışır.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 10:52

Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT

Bütün xəbərlər
Bu gün, 10:27

Biləsuvarlı fəhlə Rusiyada faciəvi şəkildə həyatını itirib

Kriminal
Bu gün, 10:00

Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 09:22

19 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
21 noyabr 2026, 17:39

Böyük futbolun cənub həsrəti: "Viləş"dən "Xəzər Lənkəran"a

Faydalı
21 noyabr 2026, 16:37

Biləsuvarda hindquşu festivalı milli mətbəx nümunələrini və bölgənin turizm imkanlarını bir araya gətirib

Bütün xəbərlər
21 noyabr 2026, 15:48

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Bütün xəbərlər
21 noyabr 2026, 15:28

Sabirabadda qaçırılan azyaşlı qız tapıldı

Bütün xəbərlər
21 noyabr 2026, 14:40

İtkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılıb

Kriminal
21 noyabr 2026, 14:00

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Bütün xəbərlər
21 noyabr 2026, 13:02

Sabah hava necə olacaq?

Bütün xəbərlər
21 noyabr 2026, 12:00

Masallıda 5 kiloqramdan artıq narkotik aşkarlanıb

Bütün xəbərlər
21 noyabr 2026, 11:13

Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb

Bütün xəbərlər
21 noyabr 2026, 10:14

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Bütün xəbərlər
21 noyabr 2026, 09:36

Saatlıda avtomobil yanıb kül oldu

Bütün xəbərlər
20 noyabr 2026, 17:35

Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək

Bütün xəbərlər
20 noyabr 2026, 16:25

Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı eyni qalıb

Bütün xəbərlər
20 noyabr 2026, 15:30

Astarada balıqçılıq və sitrusçuluğun inkişafı istiqamətində işlər genişləndirilir

Bütün xəbərlər
20 noyabr 2026, 14:20

LDU-da meydançaların qurulmasına başlanılır

Kriminal
20 noyabr 2026, 13:46

Toyda rəqs üstündə DAVA: saxlanılan var

Bütün xəbərlər
20 noyabr 2026, 13:01

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib

Bütün xəbərlər
20 noyabr 2026, 12:24

Keçmiş DİM sədri BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yaydı

Bütün xəbərlər
20 noyabr 2026, 11:39

Sabirabadda avtomobilin vurduğu piyada 20 gün sonra öldü

Oxşar xəbərlər