Sumqayıt şəhərində 23 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
Lerik rayon sakini, 2003-cü il təvəllüdlü Füzuli 2022-ci ildən tanıdığı Qənirə ilə qeyri-rəsmi yaşayıb. Onların 2025-ci ildə övladı dünyaya gəlib.
İstintaq materiallarına görə, son vaxtlar işsiz qalması səbəbindən münasibətlərində problemlər yaranan Füzuli hadisə günü evdə uşağın yıxılmasına görə Qənirəyə irad bildirib. Bundan sonra aralarında mübahisə yaranıb. Füzuli mübahisə zamanı qadının baş, kürək və sol qol nahiyələrinə zərbələr endirib.
O, məhkəmədə əməlini etiraf edərək peşman olduğunu, Qənirə ilə barışdıqlarını və qadının şikayətinin olmadığını bildirib.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə tərəflərin barışması nəzərə alınaraq cinayət təqibinə xitam verilib və Füzuli cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, adlar şərtidir.
Mənbə: demokrat.аz