Salyan şəhərində fəaliyyət göstərən "Aşxana" kafesində sanitar-gigiyenik qaydaların pozulması aşkarlanıb.
Cenublu.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları H.Z. Tağıyev küçəsində yerləşən, Məmmədova Gülər Sənan qızına məxsus obyektdə yoxlama keçiriblər.
Nəzarət tədbirləri zamanı kafesinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, yeməklərin hazırlanması üçün mətbəx sahəsinin olmadığı, ev şəraitində hazırlanan qidaların mənşəyinin məlum olmadığı müəyyən edilib.
Həmçinin istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi, digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib. Nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.