Bu gün Vətən müharibəsi şəhidi Alməmməd Babayevin doğum günüdür.
Alməmməd Babayev 2000-ci il noyabrın 23-də Salyan rayonunun Sarvan kəndində anadan olub.
Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da şəhid olub. Salyan rayonunda dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.