Bakının Xəzər rayonunun Şüvalan qəsəbəsində Lerik sakini olan qayınata gəlini ilə mübahisə edib və onu stəkanla vuraraq xəsarət yetirib.
1961-ci il təvəllüdlü Lerik rayon sakini Fəhmin birgə yaşadıqları evdə nəvəsi Zaurun 9-cu sinif buraxılış imtahanından 130 bal toplamasına görə ona irad bildirib. Bu zaman gəlini Gülnar ona kobud cavab verib və aralarında mübahisə yaranıb.
Əsəbiləşən Fəhmin stolun üzərindən götürdüyü stəkanı gəlininə atıb. Stəkan Gülnarın sifətinə dəyərək xəsarət yetirib.
Məhkəmədə Fəhmin əməlindən peşman olduğunu və gəlini ilə barışdığını bildirib.
Xəzər Rayon Məhkəməsi tərəflərin barışmasını nəzərə alaraq cinayət təqibinə xitam verib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Fəhmin cinayət məsuliyyətindən azad edilib.
Adlar şərtidir.