Xəzər dənizi, yay, günəş… Yayın gəlişi və havaların isinməsi ilə çimərliklərə olan tələbat da artır.
Bu səbəbdən Cenublu.az izləyiciləri üçün Astarada fəaliyyət göstərən çimərliklər haqda məlumat toplayıb.
Astara bulvarında yerləşən “Maricel Astara Resort”un daxilində fəaliyyət göstərən çimərlikdə müştərilərə söhbətgahlar və çətirli şezlonqlar təklif olunur. Burada fəaliyyət göstərən restorandan istəyinizə uyğun təamlar sifariş edə bilərsiniz. Həçminin müştərilər istəyə uyğun hoteldə gecələyə və hotelin ərazisində yerləşən hovuzda da dincələ bilərlər. Hotelin ərazisində uşaq meydançası da mövcuddur.
Azərbaycan prospekti, 33 ünvanında yerləşən “Mandarinnart Hotel & Restaurant”ın dənizə çıxışı olmasa da, ərazidə fəaliyyət göstərən hovuzu var. Həmçinin hotelin ərazisində uşaq meydançası, spa və restoran yerləşir.
28 May küçəsində yerləşən “White house” çimərliyində müştərilərə açıq və qapalı restoran, həmçinin söhbətgahlar təklif olunur.
“Relax beach” hotelində müştərilərə gecələməyə nömrələr və hoteldən bir az aralıda çimərlik yeri təkif olunur. Həmçinin hotelin və çimərliyin ərazisində yerləşən restorandan istədiyiniz təamları sifariş edə bilərsiniz.
Ziya Bünyadov küçəsində yerləşən “Pəhləvan” çimərliyində müştərilərə söhbətgahlar təklif olunur. Bura siz öz yeməyinizlə gələ və ya ərazidə fəaliyyət göstərən restorandan sifariş edə bilərsiniz.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən bütün çimərliklərə giriş pulsuzdur. Müştərilər sadəcə istifadə etdikləri ləvazimatlar (oturacaq, şezlonq, söhbətgah və s.) və ya restorandan sifariş etdikləri yeməklər üçün ödəniş edirlər. Unutmayın, dəniz hər hansı bir şəxsin səlahiyyətinə deyil, bütün Azərbaycan xalqına verilən nemətdir. Bu neməti təmiz və səliqəli saxlamaq isə hər bir vətəndaşın borcudur.