top
Qəzənfər Ağayev Şahağac kəndi ərazisində yerləşən kivi bağı ilə tanış olub
20 iyun 2023, 01:27
- ↺ +

Qəzənfər Ağayev Şahağac kəndi ərazisində yerləşən kivi bağı ilə tanış olub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev “Şibagro” MMC-nin Şahağac kəndi ərazisində yerləşən kivi bağını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyun tarixində verir.

İcra başçısına məlumat verilib ki, “Şibagro” MMC 2017-ci ildə təsis olunub. 2018-ci ildə ümumi sahəsi 14 hektar olan kivi bağı salınıb. Türkiyə və İtaliya mütəxəssislərinin təlimat və tövsiyələrinə uyğun olaraq, bağda torpaq əkin üçün tam hazır vəziyyətə gətiriləndən sonra yeni üsullarla “Golden Hayvard” növü olan kivi tingləri əkilib, müasir suvarma sistemi çəkilib və digər aqrotexniki işlər görülüb. Kivi ağacı əkildikdən 3 il sonra məhsul verməyə başlayır. 5-ci ildən sonra tam məhsuldar vəziyyətə gəlir. Hazırda hər hektardan 30-35 ton məhsul yığmaq olur. Yığılan məhsullar, əsasən, MDB ölkələrinə satılır. Təsərrüfatda daimi olaraq gündəlik 11 nəfər, məhsul yığımı vaxtı isə əlavə olaraq 60 nəfərdən çox günəmuzd fəhlə çalışır.

İcra başçısı təsərrüfatda görülən işlərlə tanış olub, sahibkarın problemləri ilə maraqlanıb, tövsiyələrini verib. Qeyd edilib ki, Astara aqrar rayon olmaqla torpaqları məhsuldar və bərəkətlidir. Rayonun iqlimi burada tərəvəzçilik, çəltikçiliklə yanaşı, çoxillik əkmələr olan çayçılıq və bağçılığın inkişafı üçün olduqca əlverişlidir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci ildə imzaladığı “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam və 2018-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” sahibkar və fermerlərə böyük stimul verib. Yeni salınan intensiv bağların hər hektarına görə nəzərdə tutulan dövlət yardımları və subsidiyalar bu sahələrin gündən-günə genişləndirilməsinə şərait yaradır. Damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağlarının salınması üçün hər hektara görə 9 min manat və ilk 4 il ərzində 640 manat əkin subsidiyasının verilməsinin nəticəsidir ki,  rayonda kivi bağlarının ümumi sahəsi artırılaraq 150 hektara çatdırılıb. Baxış keçirilən bu kivi bağının hazırkı vəziyyəti onu göstərir ki, bu sahəni daha da genişləndirmək və inkişaf etdirmək sərfəlidir. Ona görə də əkinə yararlı torpaqları tam əkin dövriyyəsinə qaytarmaq lazımdır. Bu həm ölkədə məhsul bolluğu yaradacaq, həm də xeyli insan işlə təmin olunacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
Bu gün, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
Bu gün, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
Bu gün, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
Bu gün, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
Bu gün, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Oxşar xəbərlər