top
Masallıda tütün yığımı davam edir
09 dekabr 2023, 05:21
- ↺ +

Masallıda tütün yığımı davam edir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallı rayonunun kəndlərində tütün yığımı davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 dekabr tarixində ARB Cenub-a istinadən verir.

Fermerlər yığımı vaxtında itkisiz aparmaq niyyətindədirlər. Təsərrüfatçılar tütün əkininin az əziyyət tələb etdiyini və yaxşı gəlir gətirdiyini deyirlər. Aqrotexniki qaydalara düzgün riayət edilməsi və düzgün şitil seçimi nəticəsində bu il Masallıda tütünçülükdə məhsuldarlıq yüksək olub.

Rayonun Banbaşı kəndində yeni tütün sahələri salınıb. Kənddə iki ədəd qurutma aparatı quraşdırılıb. Bu yeniliklər 5 ildir tütün əkini ilə məşğul olan Banbaşı kənd sakini Mais Əhədovun işini daha da asanlaşdırıb:

“Əvvəl çətinliklərimiz var idi. Kustar üsulla qurudurduq. Bir ay ərzində quruyurdu, amma indi qısa bir müddət ərzində quruyur. Cənub bölgəsində bu aparatlar ilk bizdədir, sayı çoxaldıqca tütün əkini də çoxalacaq”.

Bu il tütünçülükdə orta məhsuldarlığın ötən ilin göstəricisindən yüksək olacağı proqnozlaşdırılır. Tütün sahəsində hazırda 25-30 işçi çalışır. Gələcəkdə tütün qurutma məntəqəsinin ikinövbəli sistem əsasında işləməsi planlaşdırılır. Bu isə orta hesabla 60 nəfərin işlə təminatı deməkdir.

“Hektara 30-35 ton yaş, 2,5-3 ton quru tütün götürürük. Qane edir. Təxminən bir həftədir aparatı doldurmuşuq. Bu gündən ikinci aparatı doldurmaq üçün yığıma başlamışıq”, – deyə Mais Əhədov bildirib.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Nazim Şahbazov bildirib ki, 2022-ci ildə Masallı rayonunda ümumilikdə 10,7 hektar sahədə tütün əkini həyata keçirilib və 39,6 ton tütün təhvil verilib. Hektara məhsuldarlıq isə 396 sentner olub:

“Masallı ərazisində bu il 15 hektara qədər sahədə tütün əkilib. Əsasən, Xırmandalı, Qızılağac, Banbaşı kəndlərində yaş tütün yığımı davam edir. Fermerlərin yığdığı quru tütünü Şəkiyə aparmaq çətinlik yaradırdı. Bu il Masallı rayonunun özündə məntəqə qurulur. Bu isə fermerləri həvəsləndirəcək”.

Bu il Masallıda fermerlər tərəfindən 15 hektar tütün əkini həyata keçirilib ki, bu da ötən illə müqayisədə 4,3 hektar artıqdır. Bu günə kimi fermerlər tərəfindən 22,76 ton quru tütün təhvil verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
Bu gün, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
Bu gün, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
Bu gün, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
Bu gün, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
Bu gün, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Oxşar xəbərlər