Sahibkarlığın İnkişafı Fondu Lənkəranda yerləşən “Lenk Fruit” MMC-nin intensiv sitrus meyvələrinin yetişdirilməsi üçün bağçılığın inkişafı layihəsinə 1 milyon manat güzəştli kredit verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 yanvar tarixində verir.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Həmçinin layihə nəticəsində 30 yeni iş yerinin yaradılması planlaşdırılır.